Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib3-02-2025, 19:32. Yazar: Admin |
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildilib. Səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Geri dön |