Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə telefon danışığı aparıb
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə telefon danışığı aparıb


3-02-2025, 16:15. Yazar: Admin

Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön