Ana Sayfa > Karusel / Təhsil > Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri yoxlamanın nəticəsinə əsasən işdən çıxarılıb

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri yoxlamanın nəticəsinə əsasən işdən çıxarılıb


Bu gün, 12:58. Yazar: Admin

Xəyal Məmmədov

 

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, nəzarət-yoxlama tədbirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılıb.

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.


Geri dön