Ana Sayfa > Karusel / Gündəm > Eldəniz Səlimov azadlığa çıxdı
Eldəniz Səlimov azadlığa çıxdıBu gün, 10:07. Yazar: Admin |
Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb. Qarabaginfo.az xəbər verir ki, E.Səlimovun 3 il 6 aylıq həbs cəzası bu gün başa çatıb. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Deputat işləyə-işləyə cinayət törədən Səlimov vaxtından əvvəl cəza çəkmədən azad edilmək üçün müraciət etməyib, günə-gün həbsdə yatıb. Qeyd edək ki, Eldəniz Səlimov Xaçmaz seçki dairəsindən deputat olub. Həbsinə səbəb olan hadisə 2021-ci ilin avqustunda elə Xaçmazda kafedə baş verib. Deputat mübahisə zamanı polis əməkdaşına xəsarət yetirib. Vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinən E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi./Qafqazinfo Geri dön |