Ana Sayfa > Karusel / Təhsil > Bu gün məktəblərdə qış tətili başa çatır
Bu gün məktəblərdə qış tətili başa çatırBu gün, 08:17. Yazar: Admin |
Məktəblərdə qış tətili bitib. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 3 fevral 2025-ci il tətildən sonra ilk dərs günüdür. Geri dön |