Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın əsas tərəfdaşları Trampın tarif məhdudiyyətlərinə cavab verib
ABŞ-ın əsas tərəfdaşları Trampın tarif məhdudiyyətlərinə cavab veribBu gün, 17:34. Yazar: Admin |
Kanada, Meksika və Çin liderləri ABŞ prezidenti Donald Trampın onların ABŞ-a ixracına 25%-ə qədər yüksək tariflər tətbiq edən sərəncam imzalamasından sonra qətiyyətli addım atmağa söz veriblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Guardian“ yazıb. Tramp Kanada neftinin ixracına və Çindən idxala 10% rüsum tətbiq edib. Qəzet yazır ki, Kanadanın baş naziri Castin Trüdo televiziya ilə çıxış edərək, Amerika mallarına cavab olaraq 25%-lik rüsumların tətbiq ediləcəyini açıqlayıb. Trüdo həmçinin Trampın ABŞ istehlakçılarının və sənayenin çox ehtiyac duyulan Kanada kritik mineral və ehtiyatlarına çıxışını təhlükəyə atdığını söyləyib. Başlanğıc üçün Kanada çərşənbə axşamından etibarən ABŞ mallarına 25% rüsum tətbiq edəcək. Bundan əlavə, Meksika prezidenti Klaudiya Şeynbaum iqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirləri tətbiq etməyi əmr etdiyini bildirib. O deyib ki, Meksika ilə bağlı problemlər tariflərin tətbiqi ilə həll edilmir. Çinin Ticarət Nazirliyi də bazar günü ABŞ-ın tariflərinin Ümumdünya Ticarət Təşkilatının qaydalarını "ciddi şəkildə pozduğunu" bildirib və ABŞ-ı "açıq dialoqa və əməkdaşlığı gücləndirməyə" çağırıb. Geri dön |