Ana Sayfa > Karusel / Dünya > WSJ: Bayden prezidentliyinin sonunda cəzaları dəyişdirərək çaşqınlıq yaradıb

WSJ: Bayden prezidentliyinin sonunda cəzaları dəyişdirərək çaşqınlıq yaradıb


Bu gün, 17:31. Yazar: Admin

Co Bayden

 

ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentliyinin sonunda narkotik cinayətkarlarının cəzalarını yüngülləşdirmək qərarı ABŞ Ədliyyə Nazirliyində qəzəb və çaşqınlıq yaradıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, Bayden tarixə ən çox əfv və güzəştlər verən prezident kimi düşmək istəyib. Amma bu istək Ağ Evdə Ədliyyə Departamentini qəzəbi və çaşqınlığına səbəb olub.

Departament hesab edirdi ki, Bayden zorakı keçmişə malik çoxlu cinayətkar əfv edilib. Hansı ki, onlar buna layiq olmayıblar.

Qeyd edək ki, yanvarın 17-də Bayden narkotik cinayətlərində təqsirli bilinən 2500-ə yaxın adamın cəzasını yüngülləşdirib.


Geri dön