Ana Sayfa > Karusel / Siyasət > MSK: Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlər nəzərdən keçirilib

MSK: Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlər nəzərdən keçirilib


Bu gün, 16:56. Yazar: Admin

Fayl:Azərbaycan prezident seçkilərində seçki qutusu (2024).jpg — Vikipediya

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər nəzərdən keçirilib.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə müraciətlərlə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib.

Qeyd olunub ki, 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi Dairə Seçki Komissiyalarının müxtəlif məntəqə komissiyalarından silsilə müraciətlər daxil olub.
Komissiyanın yekun qərarına əsasən, bütün müraciətlər araşdırılaraq müvafiq qərarın qəbul edilməsi üçün Dairə Seçki Komissiyalarına təqdim olunub.


Geri dön