Ana Sayfa > Karusel / Cəmiyyət > Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcəkBu gün, 11:40. Yazar: Admin |
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il fevral ayının 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Bu barədə Qarabaginfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 6 fevral tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Geri dön |