Ana Sayfa > Karusel / Dünya > Rusiya Xarkov və Poltavaya hücum edib, 2 nəfər ölüb 

Rusiya Xarkov və Poltavaya hücum edib, 2 nəfər ölüb 


Bu gün, 11:36. Yazar: Admin

Rusiya Xarkov və Poltavaya hücum edib, 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 2 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, “insider.ua” yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.

Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.

Aviareyd nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.

Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.

İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını da açıqlayıb.

 


Geri dön