Ana Sayfa > Karusel / Region / Dünya > KİV: Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib

KİV: Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib


Bu gün, 11:35. Yazar: Admin

KİV: Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib

“Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüş təşkil etməyə çalışsa da buna nail ola bilməyib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak“ qəzeti məqalə yazıb.

Bildirilib ki, bu prosesə Ermənistanın Xarici İşlər Nazirlıliyi, eləcə də “Respublikaçılar” partiyasından olan ermənipərəst senatorlar cəlb edilib, lakin bütün səylər nəticəsiz qalıb.

Digər tərəfdən qəzetin iddiasına görə, ABŞ-dəki Erməni diasporunun əksər nümayəndələri N. Paşinyanla görüşməkdən imtina edib.
Qeyd edək ki, qeyd edək ki, 4 – 5 fevral tarixlərində Vaşinqtonda ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin təşkilatçılığı ilə Beynəlxalq Dini Etiqad Azadlığı Uğrunda Alyansın V sammiti keçiriləcək.


Geri dön