Ana Sayfa > Karusel / Dünya > Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur

Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur


Bu gün, 08:29. Yazar: Admin

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq

 

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iddia edir ki, Amerika liderinin komandası Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün etibralı plana sahibdir.

Qarabaginfo.az xəbər verir ki, Kelloq bu barədə “Fox News-“a müsahibəsində bildirib.

Kelloqun sözlərinə görə, Tramp başa düşür ki, Ukrayna münaqişəsi beynəlxalq münasibətlər sferasında əsas məsələlərdən biridir.

“Əminəm ki, biz həqiqətən nəsə edə bilərik. Prezident Tramp bu səylərin önündə duracaq, o, sövdələşmələr üzrə ustadır. Əminəm ki, biz bunu Amerika vətəndaşları və dünya üçün edə bilərik. Məncə, hazırdırlar. Düşünürəm ki, Avropa da buna hazırdır”, - Kelloq vurğulayıb.


Geri dön