Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilibBu gün, 16:00. Yazar: Admin |
Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş Katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “X” də paylaşım edib. Bildirilib ki, görüşdə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı mövzusunda səmərəli müzakirələr aparılıb. Həmçinin 2025-ci il üçün Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Geri dön |