
Noyabrın 20-də 28 illik işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur tama sıradan çıxarılıb.
Qarabaginfo.az xəbər verir ki, APA-nın hazırda ərazidə olan Qarabağ müxbirinin verdiyi məlumata görə, erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.
Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycan
Bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu
Azərbaycana təhvil verilib.
Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarının boşaldılması nəzərdə tutulub.

  
Geri dön
|