Göyərtəsində heç kim olmayan “ruhlar gəmisi” sahilə çıxdı
ABŞ-ın Nyu Cersi ştatında Şrusberi çayının mənsəbində gəmi sahilə çırpılıb. Uzunluğu on metr olan kiçik gəminin nə qədər qəribə də olsa, ekipajsı olmayıb.
Qarabaginfo.az bildirir ki, bu barədə “Asbury Park Press” məlumat yayıb.
Gəminin ümumilikdə böyük zədə almayıb. Lakin suda “özbaşına” buraxılamsının səbəbi bəlli deyil. Araşdırmalar zamanı bəlli olub ki, yaxta Linda T. adlanır və Nyu-Yorkda qeydiyyatdan keçib. Hazırda ABŞ Sahil Mühafizəsi Milli Park Xidməti ilə birlikdə hadisəni araşdırır.
Xatırladaq ki daha əvvəl Rusiyanın Rostov vilayətində Don çayında motorlu gəminin necə quruya çıxması barədə yazılmışdı. Qayıq Rostov-Donudan Moldova limanına doğru hərəkət edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanacaq dağılması da baş verməyib.