Ana Sayfa > Karusel / İqtisadiyyat > Baş nazir: Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub
Baş nazir: Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulubBu gün, 12:03. Yazar: Admin |
Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır. Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bunu “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında bildirib. Baş nazir deyib ki, belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub. Dövlət idarəçiliyinin rəqəmsallaşması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub”. Geri dön |