Ana Sayfa > Karusel / Region > Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan

Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan


31-01-2025, 11:03. Yazar: Admin

Aylardır İran 2-3 gündən bir irimiqyaslı və intensiv hərbi təlimlər keçirir. Bunun iki məqsədi var: birincisi, İrana hücum etməyin lazım olmadığını xarici dünyaya göstərmək, ikincisi, öz cəmiyyətini arxayınlaşdırmaq.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.

O bildirib ki, İranın ciddi şəkildə müharibəyə hazırlaşması göz qabağındadır:

“İrana qarşı zərbənin olub-olmaması yalnız Netanyahunun (İsrail baş naziri – red.) özünü necə təqdim edəcəyindən asılıdır. Beləliklə, bizim həm eskalasiya, həm də deeskalasiya göstəricilərimiz var”.

 


Geri dön