Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb
Ana Sayfa > Karusel / Region > Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb


30-01-2025, 17:03. Yazar: Admin

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb

Avropa İttifaqı (Aİ) Şurası təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

Qarabaginfo.az xəbər verir ki, müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib.

Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.

Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.


Geri dön