Ana Sayfa > Karusel / Region > Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq29-01-2025, 16:07. Yazar: Admin |
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması Avrasiya İqtisadi İttifaqı bazarını onun üçün bağlayacaq. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Oleksey Overçuk bildirib. Onun sözlərinə görə, bunu İrəvanda da bilirlər. "Guya hansısa həll yolunun tapılacağını iddia edənlər, yumşaq desək, erməni xalqını çaşdırırlar. Burada həll yolu çox açıqdır: Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması demək olacaq. Aydındır ki, Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq gömrük və Aİİ ilə gömrük tarifinə qayıdış demək olacaq. Burada heç kimin illüziyası olmamalıdır", - deyə Rusiya hökumət sədirinin müavini vurğulayıb. O əlavə edib ki, Ermənistan Aİİ-də fəal rol oynayır və özünü konstruktiv aparır və Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçiriləcək iclasında bu məsələyə baxılmayacaq. Geri dön |