Ana Sayfa > Karusel / Dünya > Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edirDünən, 08:38. Yazar: Admin |
ABŞ-də sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) artıq ABŞ hökumətinin gündə 1 milyard dollar qənaət etdiyini və bu rəqəmi gündə 3 milyard dollara çatdıracağını iddia edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə idarənin “X” hesabındakı açıqlamasında bildirilir. "DOGE federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət edir. Əsasən lazımsız vəzifələr üçün işə qəbulu dayandırmaq, DEI (müxtəliflik, bərabərlik və inkluzivlik) proqramlarını ləğv etmək və xarici qurumlara əsassız ödənişlərə son qoymaq - hamısı prezidentin sərəncamlarına uyğun olaraq. Bu, əla başlanğıcdır, lakin biz bu rəqəmi gündə 3 milyard dollardan çox artırmalıyıq", - deyə bəyanatda deyilir. Qeyd edək ki, İlon Mask ABŞ prezidenti Donald Tramp tərəfindən DOGE - Hökumətin Səmərəliliyi Departamenti adlı agentliyin rəhbəri vəzifəsinə təyin edilib. Geri dön |