Ana Sayfa > Karusel / Kriminal > Dövlət əleyhinə çağırış etmişdi - 6 illik həbs olundu

Dövlət əleyhinə çağırış etmişdi - 6 illik həbs olundu


28-01-2025, 13:08. Yazar: Admin

dovlet-eleyhine-cagiris-etmisdi

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə  7 mərasimində də saxlanılıb.


Geri dön