Ana Sayfa > Karusel / Dünya > Kolumbiya ABŞ-dən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün təyyarələr ayırıb

Kolumbiya ABŞ-dən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün təyyarələr ayırıb


28-01-2025, 08:31. Yazar: Admin

Kolumbiya ABŞ-dən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün təyyarələr ayırıb

Kolumbiya Prezidenti Qustavo Petro bəyan edib ki, Kolumbiya aviasiyası ABŞ tərəfindən deportasiya edilən respublika vətəndaşlarını vətənlərinə çatdıracaq.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, həmyerliləri ölkəyə qandalsız gələcəklər.

“Bu yanaşma deportasiya edilənləri ləyaqətinə hörmət edilməsi məqsədilə Kolumbiya vətəndaşlarını deportasiya edən bütün ölkələrə şamil ediləcək”, - Petro vurğulayıb.


Geri dön