Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda əksini tapıb.
Fərmana əsasən, Samir Şərifov İqtisadi Şuranın üzvləri sırasına əlavə edilib.
Qeyd edək ki, S.Şərifov bir müddət öncə dövlət başçısının Sərəncamına əsasən, maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.