Ana Sayfa > Karusel / Dünya > Belarusda prezident seçkisi baş tutmuş elan edildi - Yenilənir
Belarusda prezident seçkisi baş tutmuş elan edildi - Yenilənir26-01-2025, 19:26. Yazar: Admin |
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Qarabaginfo.az BELTA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb. 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Geri dön |