Ana Sayfa > Karusel / Dünya > Tramp ABŞ-nin ÜST-dən çıxması məsələsinə yenidən baxacağını istisna etməyib

Tramp ABŞ-nin ÜST-dən çıxması məsələsinə yenidən baxacağını istisna etməyib


26-01-2025, 10:21. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması qərarının nəzərdən keçiriləcəyini istisna etməyib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bunu Las-Veqasda çıxışı zamanı deyib.

“Mən ÜST-dən ayrıldım, burada biz ildə 500 milyon dollar, Çin isə 39 milyon dollar ödəyirdi”, - dövlət başçısı vurğulayıb.

Trampın sözlərinə görə, təşkilat rəhbərliyi ona illik ödənişləri 39 milyon dollara endiriləcəyi təqdirdə geri qayıtmağı təklif edib, lakin o, bundan imtina edib.


Geri dön