Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın yüksək dağlıq ərazilərində 13 dərəcə şaxta olub - Faktiki hava
Ana Sayfa > Karusel / Sosial > Azərbaycanın yüksək dağlıq ərazilərində 13 dərəcə şaxta olub - Faktiki hava

Azərbaycanın yüksək dağlıq ərazilərində 13 dərəcə şaxta olub - Faktiki hava


26-01-2025, 10:12. Yazar: Admin

Azərbaycanın yüksək dağlıq ərazilərində 13 dərəcə şaxta olub - Faktiki hava

Yanvarın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Qarabaginfo.az-a verdiyi məlumata görə, yanvarın 26-sı saat 10:00-a olan məlumatına əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.

Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.


Geri dön