Ana Sayfa > Karusel / Dünya > Kaya Kallas: Putinin sülh istədiyinə dair heç bir əlamət yoxdur
Kaya Kallas: Putinin sülh istədiyinə dair heç bir əlamət yoxdur24-01-2025, 16:35. Yazar: Admin |
Ukrayna-Rusiya müharibəsi 4-cü ilinə girəcək. Lakin hələ də Putinin (Rusiya Prezidenti) sülh istədiyinə dair heç bir əlamət yoxdur. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, Aİ tərəfindən Ukraynaya 134 milyard avro yardım ediləcək. “Biz 75 min ukraynalı əsgərə təlim keçirik və Rusiyaya qarşı sanksiyalar davam etdirilir”, - Kallas vurğulayıb. Geri dön |