Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb
Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb24-01-2025, 14:38. Yazar: Admin |
Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. İran XİN rəsmisi iki ölkə arasında ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərə işarə edib, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb. Eyni zamanda M.Dəmirçilu iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı faydaya əsaslanan münasibətləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirib. Geri dön |