Ana Sayfa > Karusel / Region > Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir
Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir24-01-2025, 14:18. Yazar: Admin |
Biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilməsini təklif edirik. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. O, ABŞ-nin də buna maraq göstərəcəyi təqdirdə, münasibətlərin yenidən qurulacağını qeyd edib. “Ən vacibi budur ki, biz Gürcüstan-ABŞ münasibətlərini bərpa etməyə tam hazırıq. Üstəlik, biz ABŞ-yə təklif edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilsin. Amerikadan da eyni maraq olarsa, təbii ki, münasibətlər yenidən qurulacaq. Biz ABŞ-nin prezident administrasiyasının mövqeyini gözləyəcəyik”, - Kobaxidze bildirib. Geri dön |