Ana Sayfa > Karusel / Region > KTMT Ermənistanı hələ də müttəfiq olaraq görür
KTMT Ermənistanı hələ də müttəfiq olaraq görür24-01-2025, 12:59. Yazar: Admin |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin son bəyanatına baxmayaraq, adıçəkilən ölkəni müttəfiq kimi görməkdə davam edir. Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a təşkilatdan bildirilib. “Təşkilatın Katibliyi Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq kimi görürük və İrəvanla əməkdaşlıq rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - qeyd edilib. Qeyd edək ki, ötən gün Ermənistan kəşfiyyatının hesabatında bildirilib ki, İrəvanın 2024-cü ildə KTMT-nin fəaliyyətində iştirakını dayandırması üçün əsasların bu il aradan qalxması ehtimalı azdır. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bəyan edib ki, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dayandırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, İrəvan KTMT-dən potensial çıxma ilə bağlı bütün riskləri hesablayır. Lakin Ermənistan hələlik məsələ ilə bağlı konkret qərar qəbul etməyib. Geri dön |