Ana Sayfa > Karusel / İnfrastruktur > Dövlət Xidməti: Binaların giriş-çıxışında quraşdırılan suni maneələr aradan qaldırılır
Dövlət Xidməti: Binaların giriş-çıxışında quraşdırılan suni maneələr aradan qaldırılır24-01-2025, 12:22. Yazar: Admin |
Dövlət Yanğından Mühafizə Xidməti yaşayış masaivlərində yanğınsöndürmə əməliyyat şəraitinin stabilliyinin qorunması, o cümlədən yaxşılaşdırıması iatiqamətində təkrar monitoriq həyata keçirib. Qarabaginfo.az xəbər verir ki, bunu FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə bildirib. O qeyd edib ki, aparılan monitorinqlər zamanı binaların giriş və çıxışında quraşdırılan suni manelər aradan qaldırılıb. Rəsi müavini əlavə edib ki, şlaqbaumların quraşdırılması qanunla tənzimlənir: “Nazirlərin Kabibeti 143 nömrəli qərarla xüsusi tikinti normaları qəbul edilib. Qərara əsasən, mühafizə olunan və həyat təminatına xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi avtomatik çəpərləmə ilə qoruna bilinər. Həmin çəpərləmənin idarəetmə pultu Nəzarət Buraxılış Məntəqəsində olmalıdır və kənar şəxslərin həmin puıtdan istifadəsi qadağan olhnmalıdır. Yaşayış məntəqələri Nazirlər Kabinetinin təstiq etdiyi müvafiq siyahısında olmadığı üçün yanğın təhlükəsizliyi qaydalarına ziddir. Vətəndaş özünü mühafizə etmiş saysa da, o, böyük yanğın təhlükəsini formalaşdırır”. Geri dön |