Ana Sayfa > Karusel / Dünya > Tramp Səudiyyə Ərəbistanından ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırılmasına ümid edir
Tramp Səudiyyə Ərəbistanından ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırılmasına ümid edir24-01-2025, 08:12. Yazar: Admin |
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razı olacağına ümid etdiyini bildirib. Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib. Tramp qeyd edib ki, bir sıra qəzetlər Səudiyyə Ərəbistanının Amerika iqtisadiyyatına ən azı 600 milyard dollar sərmayə yatırmaq planları barədə məlumat yayıb. O, vəliəhd şahzadə Məhəmməd bin Salmana bu rəqəmin təxminən 1 trilyon dollara çatdırılmasını təklif edib. "Düşünürəm ki, onlar bunu edəcəklər, çünki biz onlarla çox yaxşı rəftar edirik" - Tramp əlavə edib. Geri dön |