Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin vacib zəngə görə iclası tərk etdi
Ana Sayfa > Karusel / Dünya > Putin vacib zəngə görə iclası tərk etdi

Putin vacib zəngə görə iclası tərk etdi


24-01-2025, 08:08. Yazar: Admin

putin-vacib-zenge-gore-iclasi-terk-etdi

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını qısa müddətə tərk edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin telefon zəngi olub.

Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib:

“Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”.

Lakin prezident söhbətin konkret olaraq kiminlə getdiyini açıqlamayıb. Daha sonra iclasa qayıdıb.

Kremlin mətbuat xidməti isə bildirib ki, Putin Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo ilə telefonla danışıb.

Qeyd olunub ki, söhbətin mövzusu iki ölkə arasında tərəfdaşlıq olub.


Geri dön