Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 2 597 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb
Azərbaycanda daha 2 597 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb19-11-2020, 15:35. Yazar: Admin |
Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb. Geri dön |