Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətinin aşağı salınmasını istəyəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.
“Qiymət aşağı düşsəydi, Rusiya ilə Ukrayna arasında müharibə dərhal bitərdi, lakin hazırda qiymət müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir”, - Tramp vurğulayıb.
Tramp onu da bildirib ki, OPEC ölkələri neftin qiymətini çoxdan aşağı salmalı idilər.
“Belə olan halda, Ukraynada münaqişə artıq bitmiş olardı”, - dövlət başçısı əlavə edib.