Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Kriminal > Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutulub
Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutulub23-01-2025, 16:51. Yazar: Admin |
Abşeron rayonunda bank kartlarından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Qarabaginfo.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır. Geri dön |