Ana Sayfa > Karusel / Region > Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb23-01-2025, 12:56. Yazar: Admin |
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb. Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Yeni ittiham 2008-ci il 1 mart iğtişaşları ilə bağlıdır. Belə ki, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərini aşaraq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Bu maddə üzrə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Geri dön |