Ana Sayfa > Karusel / Kriminal > Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərrah həbs olunub

Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərrah həbs olunub


Dünən, 20:51. Yazar: Admin

Sənan Mehdiyev, Nəzrin Mansurlu

 

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.

Qarabaginfo.az xəbər verir ki, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Geri dön