Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gömrükdə qaçaqmal kimi 140 ədəd telefon aşkar edildi
Ana Sayfa > Karusel / Kriminal > Gömrükdə qaçaqmal kimi 140 ədəd telefon aşkar edildi

Gömrükdə qaçaqmal kimi 140 ədəd telefon aşkar edildi


22-01-2025, 17:50. Yazar: Admin

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön