Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Quterreş: Bəzi ölkələr və maliyyə təşkilatları iqlim öhdəliklərindən yayınır
Quterreş: Bəzi ölkələr və maliyyə təşkilatları iqlim öhdəliklərindən yayınırBu gün, 17:03. Yazar: Admin |
“Əksər ölkələr iqlim dəyişikliyinin qarşısının alınması üzrə öhdəliklər götürsə də beynəlxalq maliyyə institutlarının və dövlət qurumlarının çoxu onlardan yayınır” Qarabaginfo.az xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş Davos İqtisadi Forumundakı çıxışı zamanı bildirib. O bu qəbildən olan dövlətlərin müvafiq strukturlarını öhdəliklərə diqqət və məsuliyyətlə yanaşmağa çağırıb: “Siz heç də doğru yolda deyilsiniz! Təssüf ki, bərpa olunan enerji mənbələrindən istifadə məsələsinə yanaşma birmənalı deyil. Qlobal istiləşmə planetimizə sürətlə yayıldığı bir vaxtda bir geri addım ata bilmərik. Bu səbəbdən də hökumətlər öz vədlərinə əməl edərək iqlim dəyişikliyi ilə mübarizə üzrə ortaq milli planlar hazırlamalıdırlar. Bu planların da əsas məqsədi 1.5 dərəcəlik temperatur hədəfinə çatmaq olmalıdır. Bütün məqsədlərin icrası üçün effektiv maliyyə təminatı əsas şərtlərdən biridir. Mən Davos İqtisadi Forumunda iştirak edən ölkələrdəki müəssisələri və maliyyə təşkilatlarını bərpa olunan enerji mənbələrinə keçid ilə bağlı effektiv planlar hazırlamağa çağırıram”
O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat münaqişə tərəflərinə istiqamətlənən və BMT-nin Nizamnaməsinə əsaslanan sülh çağırışlarını davam etdirəcək. BMT rəhbərinin toxunduğu növbəti məsələ bu Ali qurumda islahatlarla bağlı olub. A. Quterreş yeni dövrün tələblərinə uyğun olaraq, BMT-nin islahatlara getməsinin vacibliyini önə çəkib: “Bu islahatlar həmçinin BMT Təhlükəsizlik Şurası və “Gələcəyin sammiti”ni də əhatə edəcək. Biz hazırda bir sıra ciddi problemlərlə üz-üzə olmaqla yanaşı, xarici qüvvələrdən yönələn təhdidlərin də fərqindəyik. Onlardan biri olan nüvə təhlükəsi hələ də bizimlədir. İndiki dövrdə təhlükələrin miqyası da genişlənib və qlobal səviyyədə daha diqqətli yanaşma tələb edir. Qlobal istiləşməni də gözardı etmək olmaz. Biz artıq tarixin və onilliyin ən isti dövrünü arxada qoymuşuq. 1.5 dərəcəlik temperatur hədəfi müəyyən edilsə də buna nail olmayıb. Hesab edirəm ki, belə bir məqamda bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməliyik”. Geri dön |