Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb
Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb


22-01-2025, 16:10. Yazar: Admin

 

İlham Əliyev Pakistanda dövlət səfərindədir - Füyuzat Jurnalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb.

Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.


Geri dön