Ana Sayfa > Karusel / Sosial > Plastik əməliyyata girən qadınların şeytandan fərqi yoxdur - Tahir Əmiraslanov

Plastik əməliyyata girən qadınların şeytandan fərqi yoxdur - Tahir Əmiraslanov


Bu gün, 16:03. Yazar: Admin

Plastik əməliyyata girən qadınların şeytandan fərqi yoxdur - Tahir Əmiraslanov

 

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov son illər plastik cərrahiyyə əməliyyatına meyl edənlərin artmasına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tanınmış kulinar Modern.az saytına açıqlamasında saxta dietoloqların da saxta plastik cərrahlar qədər təhlükəli olduğunu vurğulayıb.

"Mən Azərbaycanda bir neçə dieotoloq tanıyıram ki, onlar pəhriz üzrə xarici ölkələrdə universitet bitiriblər. Bu sahədə Azərbaycanda heç bir fakültə yoxdur. Ona görə də, kimlərsə 1-2 həftəlik, bir neçə aylıq kurslar bitirib plastik cərrahlar kimi fəaliyyət göstərir. Bir müddətlik kurs bitirərək dieotoloq olmaq mümkün deyil. Pəhriz sistemi başqa şeydir. Ölkəmizdə saxta dietoloqlar plastik cərrahlardan daha çoxdur ölkəmizdə və onların insanlar üçün nə qədər zərərli olduğunu ağlınıza da gətirə bilmərsiniz. Həmin dietoloqdları da plastik cərrahlar kimi tutacaqlar, amma ümid edirəm onda gec olmaz". 
 

T.Əmiraslanov sifət quruluşunu dəyişdirmək üçün plastik cərrahiyyə əməliyyatına girənləri anlamadığını deyib:

"Üz-gözünü dəyişdirmək şeytan işidir. Quranda bir ayə var: şeytan Allaha deyir ki, mən sən yaratdıqlarının xaricini və daxilini dəyişdirəcəm. Özünə inamlı, güclü qadına nəyisə kəsdirmək lazım deyil. Qadın öncə şəxsiyyət olmalıdır. Çadra ondan ötəri idi ki, bir gənc qadını görəndə ehtiraslanmasın. Qadınların ancaq gözü və əli görünürdü, qarşısındakı kişi ilə danışanda kişi onun şəxsiyyətinə vurulurdu. Görürdü ki, bunun yanında güclü şəxsiyyət olacaq, onun dünyaya gətirdiyi uşaq da özü kimi güclü olacaq və mütləq onu alırdı. Evə də gətirəndə görürdü ki, doşab alıb, bal çıxıb. Bizdə isə əksinə, qabaqcadan balı alırıq, sonra görürük heç doşab da deyil. Mən şükr edirəm ki, biz normal qadınlarla evləndik, amma bizim nəticələrimiz silikonlarla evlənəcək".

T.Əmiraslanov deyib ki, qadın şəxsiyyətini o həddə gətiriblər ki, artıq robot qadınlar düzəldilir, insanlar da ona  meyillənməyə başlayır.

"Qadınla kişini bərabərləşdiririk deyib ailə üçün təhlükə yaratdıq. Qızlarımız çox zaman deyir ki, oğlanın maşını, evi olmalıdır, filan şeyləri istəyirəm və sair. Əvəzində özü nə verəcək oğlana? O səviyyədə oğlan niyə səni almalıdır?! Oğlan da düşünməlidir ki, qarşısındakı qızla niyə evlənir. Ailə yarananda ilk növbədə məsuliyyət olmalıdır, bu olmadığına görə 5-6 aydan sonra boşanırlar. Evlənənlərinin səbəbi ailə qurmaq yox, göstəriş üçündür. Özünü realizə edə bilməyən, ağlı və savadı, özgüvəni, tərbiyəsi olmayan qadın özünü satmaq üçün bu və digər şəkildə xarici görünüşünü düzəldir. İndi həmin qadınların şeytandan fərqi yoxdur. O cür qadınları bəyənən, alan kişilərin də ağlı yoxdur, ya gedib şeytanla yaşasın, ya da o cür qadınlarla. Düz-əməlli yaşamaq istəyirsənsə, adam kimi qadınla evlən. Elə gözəl qadınlarımız da kifayət qədərdir. Yaxşı kişi qadını qadın edir. Qadının da mənfiliyinə, sevgi itirməyinə səbəb kişilərdir. O kişilər də gərək qadını tərbiyə eləsin. Atası qızını qoyub çıxıb gedirsə, onun əlindən tutub özü məktəbə aparmır, söhbət etmir, qorumursa, o qızdan ailə quran çətin çıxar. Atası onun artıq tərbiyəsini pozur. Sən evlənməmişdən qabaq bilirsən ki, uşağın olacaq. Uşaq olanda sonra boşanmaq nədir, ayrıldıq, uyğun gəlmədi nədir?! Siz bir-birinizi sevib ailə qurmusunuz, pis idisə niyə evlənirdin? Sən evlənəndən sonra o pis olubsa, problemi özündə axtar. Orada uşağın nə günahı var, uşağı niyə yarımçıq edirsiniz?"..


Geri dön