Ana Sayfa > Karusel / İqtisadiyyat > Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir

Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir


Bu gün, 15:07. Yazar: Admin

Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir

Yanacaqdoldurma obyektlərinin fəaliyyəti də lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunur.

Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.


Geri dön