Ana Sayfa > Karusel / Multimedia > Məhkəmə “Avrora” şirkətini cərimələdi

Məhkəmə “Avrora” şirkətini cərimələdi


Bu gün, 10:08. Yazar: Admin

 

Qida məhsullarının istehsalını və idxalını həyata keçirən “Avrora” MMC avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi qaydalarını pozduğu üçün cərimələnib.

Qarabaginfo.az xəbər verir ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı (Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.


Geri dön