Ana Sayfa > Karusel / Dünya > Nebenzya: Qərbin qeyri-qanuni hərəkətləri Afrikada terrora şərait yaradıb

Nebenzya: Qərbin qeyri-qanuni hərəkətləri Afrikada terrora şərait yaradıb


Bu gün, 08:26. Yazar: Admin

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya

 

Qərb ölkələrinin qeyri-qanuni hərəkətləri Afrikada terrorun artmasına əhəmiyyətli dərəcədə kömək edib.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Afrika ölkələri 2011-ci ildə Qərbin Liviyaya hərbi təcavüzündən sonra beynəlxalq terrorizmin sürətlə genişlənməsi ilə üzləşib. Daha sonra qoruma məsuliyyəti anlayışı bəhanəsi ilə Liviya dövlətini və iqtisadiyyatını məhv etdilər. Bu faciəli hadisələr qitədə terror potensialının güclənməsi və artması üçün zəmin yaradıb”, - diplomat qeyd edib.


Geri dön