Ana Sayfa > Karusel / Səhiyyə > Ötən il Azərbaycanda əczaçılıq məhsullarına 1.3 mlrd. manatdan çox vəsait xərclənib
Ötən il Azərbaycanda əczaçılıq məhsullarına 1.3 mlrd. manatdan çox vəsait xərclənibDünən, 14:45. Yazar: Admin |
2024-cü il ərzində Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 347.6 milyon manat vəsait xərclənib. Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% azdır. Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub. Xatırladaq ki, ötən il Azərbaycanda 19.8 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 81.5% çoxdur. Geri dön |