Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Planetlərin böyük paradı” müşahidə olunacaq
Ana Sayfa > Karusel / Multimedia > “Planetlərin böyük paradı” müşahidə olunacaq

“Planetlərin böyük paradı” müşahidə olunacaq


21-01-2025, 14:07. Yazar: Admin

planetlerin-boyuk-paradi-musahide-olunacaq

Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Qarabaginfo.az-a verilən məlumata görə, axşamdan Günəş batana kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər.

Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq.


Geri dön