Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli 5%-dək artıb
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli 5%-dək artıb17-01-2025, 15:53. Yazar: Admin |
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım). Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,82%-lik artım). Geri dön |