Ana Sayfa > Karusel / Dünya > İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb
İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb17-01-2025, 10:56. Yazar: Admin |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədov ilə təkbətək görüşlər keçirəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Qeyd olunub ki, Kobaxidze Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə Azərbaycanın paytaxtına səfər edib. Geri dön |