Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək
Ana Sayfa > Karusel / Sosial > 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək

20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək


16-01-2025, 21:36. Yazar: Admin

20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək

17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.


Geri dön